Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-12-07
Bakı şəhər prokurorluğunun M Ə L U M A T I

     Dekabrın 5-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “VİP DENTAL” özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilmiş, Elçin Məmmədovun meyiti xarici müayinə olunmuşdur.

     Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Aparılan ilkin araşdırmalarla müəyyən edilmişdir ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu qeyd edilən tarixdə ona müraciət etmiş E.Məmmədovun çənə nahiyyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşmiş və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq vəfat etmişdir.

     E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilmişdir. Eyni zamanda Baş Prokurorluq tərəfindən klinikanın tibbi fəaliyyətlə məşğul olmaq üçün verilmiş xüsusi razılığa (lisenziya) uyğun fəaliyyət göstərməsinin, həmçinin əhaliyə göstərilən tidbbi xidmətlərin keyfiyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.