Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-12-27
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatı

Xəbər verildiyi kimi, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanmışdır.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilmiş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmişdir.

Dekabrın 26-da axtarışda olan Razim Hacıyev də paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılmışdır. Baxış zamanı R.Hacıyev və  onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça,  1 ədəd  pnevmatik tapança və 1 ədəd süngü bıçaq  aşkar edilərək götülmüşdür. 

Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.