Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-12-29
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat xidmətlərinin məlumatı

Dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırmışdır.   

5 saylı şəhər Xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta-ağırdır.  Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır.