Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-01-23
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatı

Yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulov tanımadığı digər şəxslə onun idarə etdiyi avtomobili saxladaraq küt alətlərlə onun avtomobilinə müxtəlif zədələr yetirmişdir.

Bundan sonra yanvarın 18-də İ.Aslanov dostları ilə «Ləziz» kafesində olarkən A.Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərmiş, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməmişdir.

Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə A.Rəsulov 8-ci Polis Bölməsinə dəvət edilmiş və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirmişdir.

A.Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilmişdir.

Hazırda faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.