Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-03-03
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatı

Prokurorluq və daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində qeyri-aşkar şəkildə törədilmiş qətlin açılması və cinayətin törədilməsində şübhəli bilinən şəxsin tutularaq istintaqa cəlb olunması təmin edilmişdir.

Belə ki, fevalın 18-də Bülbülə qəsəbə sakini Güllərə Qurbanovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkar edilmişdir. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən həmin qəsəbədə yaşayan mərhumun qohumu Elşən Vəliədov martın 1-də tutularaq istintaqa cəlb olunmuş, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.