Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-03-04
Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il martın 14-də saat 11:00-da Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qusar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az  elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.