Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-03-06
RESPUBLİKA BAŞ PROKURORLUĞU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhərində törədilmiş ağır cinayətin üstü açılmışdır.

Belə ki, martın 1-nə keçən gecə yaşadıqları mənzildə Göyçay şəhər sakinləri Asəf Quliyev və həyat yoldaşı Afaq Quliyevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilmişdir. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.  

İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi müəyyən edilmişdir. “İsti iz”lərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Masallı rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.

Cinayət yerindən oğurlanmış əmlakın bir hissəsi N.Mustafayevin mənzilində aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.