Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-03-17
Azərbaycan Respublikası Baş Prokurorluğunun M Ə L U M A T I

Doğma torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımızın məruz qaldıqları çətinliklərin aradan qaldırılması, onların sosial-məişət problemlərinin həlli məsələləri xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə əlaqədar Dövlət başçısının tapşırığına müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğunun kollektivi tərəfindən yaranmış ənənəyə əsasən 17 mart 2014-cü il tarixdə 20-24 mart - Novruz bayramı münasibətilə Bərdə rayonunun Meşəçilik institutunun ərazisində məskunlaşmış 704 ailədən ibarət 2800 qaçqın və məcburi köçkünə ərzaq yardımı göstərilmişdir.

Baş Prokurorluğun, rayon və şəhər prokurorluqlarının əməkdaşları Bərdə şəhərində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüş, onların sosial-məişət şəraiti ilə yaxından tanış olmuşlar.

Görüşdə çıxış edən Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən görülən məqsədyönlü siyasət tədbirləri barədə onlara ətraflı məlumat vermişdir. Xüsusi vurğulanmışdır ki, Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət son nəticədə Dağlıq Qarabağ məsələsinin dövlətimizin və xalqımızın mənafeyinə uyğun şəkildə həll olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir.

Göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını ifadə edən qaçqın və məcburi köçkünlərin nümayəndələri işğal edilmiş torpaqlarımızın sülh yolu ilə azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafı yolunda möhtərəm Prezidentimizin fəaliyyətini yekdilliklə dəstəklədiklərini bildirmişlər.