Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-04-01
Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdəki gənc üzvləri beynəlxalq tədbirdə iştirak etmişlər

Martın 26-28-də Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının “Avrova İttifaqına üzv ölkələrdə hüquq mühafizə sahəsində əməkdaşlıq: reallıq və mif” mövzusunda 14-cü Avropa Regional Konfransı keçirilmişdir.

Böyük Britaniya və Niderland Krallığı, Rusiya, Avstriya, Finlandiya, İsveç, İsveçrə, Macarıstan, Xorvatiya, Sloveniya və digər dövlətlərin prokurorluq orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru Sahib İsmayılov və Preventiv tədbirlər və təhqiqat şöbəsinin prokuroru Heydər Məmmədov təmsil etmişlər.

Konfransın açılışında Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş, Xorvatiya Respublikasının Baş prokuroru Mladen Bayiç və Ədliyyə Naziri Orsat Milyeniç çıxış etmişlər.

Tədbirdə hüquqi əməkdaşlığın inkişaf perspektivləri, prokurorlar üçün qlobal elektron şəbəkənin təkmilləşdirilməsi, hüquqi yardımlar üzrə sorğuların icrası ilə bağlı yaranan problemlər və onların həlli yolları kimi aktual mövzularda məruzələr edilmiş, qabaqcıl dövlətlərin təcrübəsi müzakirə olunmuşdur.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə dair təkliflərini irəli sürmüş, eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək səmərəli təcrübə mübadiləsi aparmışlar.