Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-04-25
Bakı şəhər prokurorluğunun məlumatı

Aprelin 23-də saat 13 radələrində “Yeni Avtovağzal Kompleksi”nin yaxınlığında Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşları Əhmədov Rəşad Yahuzər oğlu, Həsənov Fərid Kamil oğlu və qeyrilərinin Həsənov Vüsal İlqar oğlunun idarə etdiyi “Mercedes Benz E220” markalı 10-NN-595 dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə avtomobilə minib sonuncunun sənədlərini tələb etmələri, daha sonra V.Həsənova qarşı zor tətbiq etməklə ona bədən xəsarətləri yetirmələrində əsaslı şübhələr olduğundan həmin fakta görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.