Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-05-15
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin məlumatı

Paytaxtın polis, milli təhlükəsizlik və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilmişdir.

Xəbər verildiyi kimi, mayın 13-də Lənkəran rayon sakini, 1964-cü il təvəllüdlü Mehralıyev İltifat Nurməmməd oğlunun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilmiş və faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin tamah niyyəti ilə paytaxtın Nərimanov rayonunda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Bədəlov Turqay Qulu oğlu tərəfindən törədilməsi müəyyən edilmişdir. T.Bədəlov şübhəli şəxs qismində tutulmuş və cinayətin aləti olan bıçaq və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülmüşdür.

T.Bədəlov ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.