Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-09-03
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat xidmətlərinin məlumatı

Xəbər verildiyi kimi, avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova DİN-in “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulmuşdur.

Müəyyən edilmişdir ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşmüşdür. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlmiş, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanmışdır. Orada vətəndaş Aysel Əhmədova ilə tanış olmuş, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlmişdir. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə vermiş, onlarla birlikdə parka gəzintiyə çıxmışlar. Yaranmış fürsətdən istifadə edən X.Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.