Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-09-05
Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il sentyabrın 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və  contact@prosecutor.gov.az  elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.