Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-09-30
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin M Ə L U M A T I

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir.

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" memorialı önünə əklil qoymuşlar.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbul edilmələri memarı ulu öndərimiz Heydər Əliyev olan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olmuşdur.

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, ciddi ictimai nəzarət altında beynəlxalq və qeyri-hökumət təşkilatlarının müşahidəsi ilə keçirilən müsabiqədə seçilən ən layiqli namizədlər müxtəlif vəzifələrə təyinatlar almışlar.

Qeyd edilmişdir ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünasların içərisindən ən layiqli 71 namizədin andiçmə mərasimi 

Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsinə

təsadüf edir. Bu gün dünyada analoqu olmayan çox yüksək templərlə inkişaf edən Azərbaycan Respublikasında dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq işləri həyata keçirilməklə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, regionun aparıcı dövlətinə çevrilən ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi, demokratik dəyərlərə əsaslanan dünyəvi və hüquqi dövlət quruculuğunun tam yeni məzmunlu bir mərhələyə qaldırılması istiqamətində möhtəşəm işlər görülür.

Diqqətə çatdırılmışdır ki, 2000-ci il aprelin 26-da ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühümXüsusi vurğulanmışdır ki, gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların

 problemlərinin həlli istiqamətində bütün dövlət təsisatları tərəfindən zəruri tədbirlərin görülməsi, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan dövlətçilik siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi bu məsələlərə çox böyük önəm verildiyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir.

 istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbulun alternativi olmamaqla, bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq keçirilən 13 müsabiqə nəticəsində işə qəbul edilmiş 627 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 58 faizdən çoxunu təşkil edir. Çox müsbət hal kimi qeyd edilmişdir ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilmiş, o cümlədən Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi, müstəqil rayon prokuroru və digər mühüm qurumlara təyinatlar almışlar.

Azərbaycan Respublikası Baş prokurorunun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilmiş, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içmiş və onlara xidməti vəsiqələr təqdim edilmişdir.

Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz vermişlər.

Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirmişdir.

Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Sonda prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 100 ştatvahidi üzrə növbəti müsabiqənin elan edilməsi barədə məlumat verildi.