Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-11-27
Bakı şəhər Prokurorluğunun məlumatı

Noyabrın 24-də saat 11 radələrində paytaxtın Səbail rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Elnur Mahmudov həmin vaxt Mərkəzi Univermağın binasının qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla “dayanmaq və durmaq qadağandır” nişanının təsiri zonasında dayanmış “BMW-X5” markalı 10-FK-347 qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Valeh Tacəddin oğlundan avtomobili oradan götürməsini tələb etmişdir. Lakin V.Kərimov polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq avtomobildən düşərək ona zor tətbiq etmişdir.

Fakta görə Səbael rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.