Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-12-17
Bakı şəhər Prokurorluğunun məlumatı

Dekabrın 16-da saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılmış soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyiti aşkar edilmişdir.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş,  maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Dekabrın 17-də əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Feruz oğlu Sabunçu RPİ-yə könüllü gələrək Ə.Seyidovu öldürməsini etiraf etmiş və o, şübhəli şəxs qismində tutulmuşdur.

İstintaqla müəyyən edilmişdir ki, 10 dekabr 2014-cü il tarixdə H.Səmədov tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı H.Səmədov Ə.Seyidovun baş nahiyəsinə dəmir boru ilə sifət və boyun nahiyyələrinə xəsarət yetirərək qəsdən öldürmüş, sonra isə onun başına selofan torba keçirib boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb meyiti evdə olan soyuducunun içərisinə yerləşdirərək, “Qazel” markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırmışdır.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.