Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-08
Korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir

Korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması həmişə dövlətimizin diqqət mərkəzindədir. Bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərmanının imzalanması ilə korrupsiyaya qarşı mübarizə sahəsində keyfiyyətcə yeni mərhələ başlanmışdır. Həmin istiqamətdə həyata keçirilmiş tədbirlərə verilən müsbət qiymətin təzahürü və göstərilən yüksək etimadın nəticəsi kimi dəyərləndirilən bu fərman prokurorluğun üzərinə məsuliyyətli vəzifələr qoymuşdur.

Fərmandan, habelə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrası qaydasında korrupsiya cinayətlərinin araşdırılması və istintaqı sahəsində ixtisaslaşmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cari ilin müvafiq dövründə mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürünə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlər həyata keçirilmişdir.

Cari ilin müvafiq dövrü ərzində idarə tərəfindən 88 şəxs barəsində 47 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq və digər cinayətlərlə bağlı olmuşdur.

Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri Allahverdi Əliyevin qulluq mövqeyindən sui-istifadə edərək özgə əmlakını mənimsəməsi faktı üzrə başlanmış cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Allahverdi Əliyev həmin vəzifədə işləyərkən ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə şöbənin baş mühasibi Ömər Bayramov, məsləhətçi Mehman Hüseynov, rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsinin rəisi Hidayət Süleymanov və qeyriləri ilə qabaqcadan əlbir olmuşdur. Onlar cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2007-ci ilin noyabrından 2009-cu ilin yanvarınadək olan müddət ərzində 64 nəfər, o cümlədən 51, ümumiyyətlə, mövcud olmayan şəxsə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırmışlar. Saxta sənədlər əsasında pensiya işlərinin açılmasına, plastik ödəmə kartlarının sifarişlərinin verilməsinə, pensiya məbləğlərinin hesablanması və ödənişə göndərilməsinə nail olunmuşdur. Qrupun üzvləri həmin sənədləri imzalayıb möhür vurmaqla təsdiqləyərək vəzifə saxtakarlığı etmiş, ilkin və aylıq məbləğləri ilə birlikdə Yeganə Hacıyeva və qeyrilərinə (cəmi 64 nəfər) əmək pensiyalarının təyin edilməsini təmin etmişlər. Allahverdi Əliyev pensiyaçıların "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində açılmış şəxsi hesablarına köçürülmüş cəmi 310 min 663 manat məbləğində vəsaiti M.Behbudov, H.Süleymanov, Ö.Bayramov, M.Hüseynov və A.Əkbərovun vasitəsilə Goranboy rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsində 9 nömrəli əlavə (P2) formalar, müxtəlif banklarda və bankomatlarda plastik kartlar vasitəsilə ayrı-ayrı vaxtlarda nağdlaşdırmış, dövlətə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə özgənin külli miqdarda əmlakını dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə şöbənin işçilərinə şöbədə aparılmış yoxlama zamanı aşkar edilmiş əsassız ödənişlərin bərpa edilməsi üçün pul yığmaq lazım olduğunu bildirmişdir. İşçiləri yığılacaq pul vəsaitinin maddi ziyanın ödənilməsinə yönəldiləcəyinə inandıraraq 2009-cu ilin fevral-mart ayları ərzində Goranboy rayonunda cəmi 10 min 900 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir.

Törətdikləri əməllərinə görə Allahverdi Əliyev Cinayət Məcəlləsinin 179.3.2, 178.3.2, 308.2 və 313-cü, Mikayıl Behbudov Cinayət Məcəlləsinin 179.3.2, 320.1, 320.2-ci, Ömər Bayramov və Hidayət Süleymanov Cinayət Məcəlləsinin 179.3.2, 313, 308.2, 320.1 və 320.2-ci, Azər Əkbərov Cinayət Məcəlləsinin 179.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs, Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddəsi ilə ittiham olunan Mehman Hüseynov barəsində isə digər qətimkan tədbiri seçilməklə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "Azərenerji" ASC ilə birgə apardığı araşdırma zamanı müəyyən edilmişdir ki, Afiq Məmmədov "Gəncə Tekstil" ASC-də baş mexanik-energetik vəzifəsində işləyərkən "Azərenerji" ASC-nin "Gəncəregionalenerjitəchizat" MMC-nin Gəncə şəhər elektrik şəbəkəsinin rejim üzrə mühəndisi vəzifəsində işləyən Maarif Mehdiyev və fiziki şəxs Fazil Nağıyev ilə cinayət əlaqəsinə girmişdir. O, işlədiyi müəssisənin uçotdan kənar elektrik enerjisinin verilməsini və ödənişsiz istifadə edilməsini təmin etməsi məqsədilə 2009-cu ilin yanvar ayında elektrik enerjisindən istifadə olunduğu halda sayğacı dayandıran qurğunu düzəltməyi və sayğaca quraşdırmağı F.Nağıyevə sifariş etmişdir. Bundan sonra o, sonuncu ilə birlikdə "Toxucu" yarımstansiyasına gələrək "Gəncə Tekstil" ASC-ni elektrik enerjisi ilə qidalandıran kabel xətti üzərində olan "Enerqomer" markalı 2 sayğaca elektrik enerjisindən istifadə olunduğu halda sayğacı dayandıran məsafədən pultla idarə olunan qurğu quraşdırılmasını təşkil etmişdir. Sayğacların dayandırılması nəticəsində 2009-cu ilin yanvar-avqust ayları ərzində "Gəncə-Tekstil" ASC tərəfindən uçotdan kənar 139 min 110 manat dəyərində 2.318.504 kVt/saat elektrik enerjisi sərf olunmuş, "Azərenerji" ASC-yə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurulmuşdur.

Törətdiyi cinayət əməllərinə görə A.Məmmədov və M.Mehdiyev Cinayət Məcəlləsinin 308.2-ci, F.Nağıyev isə 189-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində Hüseyn Səfərovun təşkilatçılığı ilə yaradılmış və "Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi" adı altında aldatma yolu ilə vətəndaşların əmlakını ələ keçirən mütəşəkkil dəstənin üzvləri ifşa edilərək zərərsizləşdirilmişdir.

Həmin faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 310-cu maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq zamanı müəyyən edilmişdir ki, Hüseyn Səfərov 2005-ci ilin dekabr ayında Bakı şəhərində "Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi" adlı bir qurum yaratmış, qurumu Ədliyyə Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatından keçirmədən həmin mərkəzə Alim Bəylərbəyov, Müsavət Məmmədov, Natiq Məmmədli, Rizvan Əliyev, Xudaverdi Abbasov, Cəlal Teymurov, Taleh Abbasov, Nofəl Əliyev və Müslüm Qasımovu üzv kimi qəbul etmişdir. H.Səfərov aralarında iş və ərazi bölgüsü müəyyən edilən, peşəkarlardan ibarət olan mütəşəkkil dəstənin hər bir üzvünə öz imzası və möhürü ilə təsdiq etdiyi vəsiqə və "mandat" vermişdir. 2006-2009-cu illərdə Bakı şəhərində və respublikanın ayrı-ayrı rayonlarında ticarət, iaşə obyektlərində və apteklərdə satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət etmək adı ilə həmin şəxslər qrup şəklində ayrı-ayrı rayonlara göndərmişdir. Onlar özlərini vəzifəli şəxs kimi təqdim etməklə qanunsuz yoxlamalar aparmış, həmin obyektlərin sahiblərindən xeyli miqdarda pul almaqla onların əmlakını ələ keçirmişlər.

Törətdiyi cinayət əməllərinə görə qeyd olunan şəxslər mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda, təkrar dələduzluğa və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 178.3.1-ci və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Hüseyn Səfərov, Müsavət Məmmədov, Alim Bəylərbəyov barəsində həbs, qeyriləri barəsində isə digər qətimkan tədbirləri seçilərək istintaq tamamlanmaqla cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.

Əhalinin sosial müdafiə hüquqlarının təmin olunması sahəsində neqativ hallara qarşı mübarizə prokurorluq orqanlarının daim diqqət mərkəzindədir.

Belə ki, aparılmış yoxlamalar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətində bir sıra cinayət xarakterli qanun pozuntuları müəyyən edilmişdur. Həmin faktlar üzrə Sumqayıt şəhər və Bakının Nizami rayon əhalinin sosial müdafiə mərkəzlərinin ayrı-ayrı əməkdaşlarının vətəndaşlardan müxtəlif məbləğlərdə pul almaqla onlara sosial yardımların ayrılması, digər hallarda isə vətəndaşlara veriləcək yardımların ilk 3-5 ayının pul vəsaitlərinin götürülməsi faktları üzrə cinayət işləri başlanılaraq ibtidai araşdırma aparılmışdır.

İstintaq zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzində ünvanlı sosial yardım sektorunda baş məsləhətçi vəzifəsində işləyən Rəşid Həsənov və Rəşad Yaqubov, həmçinin Bakı şəhəri, Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi işləyən Namiq Məhərrəmov ünvanlı sosial yardım almaq üçün müraciət etmiş şəxslərə ayrılmış ünvanlı sosial yardımların ilk iki-üç ayının pulunu götürəcəyini onlara bildirmişlər. Həmin şəxslərin təqdim etdiyi sənədlər əsasında onlara ünvanlı sosial yardımlar təyin olunduqdan sonra, onların adına alınan plastik kartları və kartların pin kodlarını götürərək bankomatlarda istifadə edərək Sumqayıt şəhəri üzrə vətəndaşların 2 min 010 manat, Nizami rayonu üzrə isə 2 min 926 manat məbləğində pulunu götürərək mənimsəmə yolu ilə özgə əmlakını talamışlar.

Hər iki cinayət işi üzrə vətəndaşlara dəymiş ziyan ödənilməklə göstərilən cinayət əməllərini törətmiş R.Həsənov, R.Yaqubov və M.Məhərrəmov Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində olan cinayət işləri baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 42 cinayət işinin istintaqı davam etdirilir.

Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Royal Bank" ASC-nin bir sıra filiallarının fəaliyyəti yoxlanılarkən aşkar edilmiş qanun pozuntuları üzrə başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, "Paytaxt" filialının müdiri işləmiş Anar Həşimov qulluq mövqeyindən istifadə etmə və vəzifə saxtakarlığı yolu ilə etibar edilmiş özgə əmlakını külli miqdarda mənimsəyərək talamışdır.

Anar Həşimov filial müdiri işləyərkən depozit müqaviləsinə əsasən Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderi ilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdırmış, əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın