Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-10
Sumqayıt şəhərində intihar hadisəsi baş vermişdir.

10 iyun 2010-cu il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi, 28 May küçəsi, ev 12-də yaşamış, 1952-ci il təvəllüdlü, heç yerdə işləməyən Ağamoğlanov Hacıbala Ağamoğlan oğlunun meyiti yaşadığı evin həyətindəki elektrik dirəyindən elektrik naqili ilə asılı vəziyyətdə aşkar olunmuşdur.

Sumqayıt şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmiş, meyitin məhkəmə-tibbi müayinəsi təmin olunmuşdur.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılmış və H.Ağamoğlanovun ölümünün səbələrinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş üzrə istintaq tədbirləri davam etdirilir.