Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-10
Baş Prokurorluğun strukturunda dəyişikliklər edilmişdir

Ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması, eyni zamanda Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində cinayət işlərinə baxılmasında prokurorların iştirakının səmərəliliyinin artırılması məqsədilə Baş Prokurorluq üzrə müvafiq əmrlə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturu təkmilləşdirilməklə tərkibində Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbə yaradılmışdır.

Baş Prokurorluq üzrə digər əmrlə Mircavan Rza oğlu Kazımov həmin şöbəyə rəis vəzifəsinə təyin edilmişdir. M.Kazımov 1986-cı ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2007-ci ildən etibarən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışmışdır. Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir.