Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-11
Lənkəran şəhərində qətl hadisəsi baş vermişdir

11 iyun 2010-cu il tarixdə saat 01 radələrində Lənkəran şəhəri, Sahil küçəsində yerləşən çayxananın qarşısında aralarında baş vermiş mübahisə zəminində Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Ramazanov Adil Mirzağa oğlu özündə olan bıçaqla həmyerlisi 1981-ci il təvəllüdlü Əliyev Elman Əkbər oğlunun bədəninin müxtəlif nahiyələrindən 6 dəfə vuraraq xəsarətlər yetirmişdir. Elman Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Faktla bağlı həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayəti törətməkdə şübhəli bilinən Adil Ramazanov saat 12 radələrində rayon prokurorluğuna gələrək könüllü təslim olmuş və verdiyi ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.