Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-11
Ramiz Quliyev prokurorluq orqanlarından xaric edilmişdir

Azərbaycan Respublikası Prokurorluğu orqanlarında xidməti, icra və əmək intizamının pozulması hallarına, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən əməkdaşlara münasibətdə ən qəti tədbirlərin görülməsi təmin olunur. Belə ki, sərxoş vəziyyətdə şəxsi avtomaşınını idarə etməklə, konkret vətəndaşlara qarşı nalayiq ifadələr işlətdiyinə və prokurorluq işçisi olması ilə onlara hədə-qorxu gəldiyinə, bununla da prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 04 iyun 2010-cu il tarixli əmrlə Goranboy rayon prokurorunun müavini Ramiz Quliyev prokurorluq orqanlarından xaric edilmişdir.