Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-16
Cəlilabad rayon sakini intihar etmişdir

15 iyun 2010-cu il tarixdə saat 16 radələrində Cəlilabad rayonunun Sərhədəbad kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Yaşar Xanbaba oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etmişdir.

Rayon prokurorluğunun əməkdaşları və rayon Polis Şöbəsinin əməliyyat qrupu tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmiş, meyitin məhkəmə-tibbi müayinəsi təmin olunmuşdur.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılmış və Y.Əliyevin ölümünün səbələrinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş üzrə istintaq tədbirləri davam etdirilir.