Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-18
Qətl hadisəsini törətmiş şəxs könüllü təslim olmuşdur

İyunun 17-də saat 22 radələrində 1977-ci il təvəllüdlü Rəhimov Daşqın Tofiq oğlu, həmyerlisi və yaxın tanışı - 1978-ci il təvəllüdlü Cəfərov Hasil Salman oğlu ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 20 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən “Çıraq” kafesində və daha sonra kafenin qarşısına çıxıb küçədə şəxsi münasibətlər zəminində mübahisə edərkən, sonuncu əlində olan kəsici-deşici alətlə onun döş qəfəsinə zərbə endirərək hadisə yerindən qaçmışdır. Daşqın Rəhimov 1 saylı Təcili Tibbi Yardım Stansiyasına çatdırılsa da aldığı xəsarətlərdən orada ölmüşdür.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, şahidlər dindirilmişdir. Cinayəti törətməkdə şübhəli bilinən Hasil Cəfərov növbəti gün saat 02 radələrində rayon Polis İdarəsinə gələrək könüllü təslim olmuş və cinayətdə istifadə etdiyi cib bıçağını təqdim etmişdir.

Faktla bağlı iyunun 18-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.