Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-21
Şəki rayonunda qətl hadisəsi baş vermişdir
İyunun 20-də saat 19 radələrində Şəki rayonunun Çapağan kəndində yaşayan 1986-cı il təvəllüdlü Məhərrəmov Tərlan Nazim oğlu yaşadığı evdə, ailə məişət zəminində aralarında baş vermiş münaqişə zamanı ögey anası, 1966-cı il təvəllüdlü Nəbiyeva Sahibə Ənvər qızını istintaqa hələlik məlum olmayan mənbədən əldə etdiyi tüfənglə vuraraq öldürmüşdür. Bundan sonra T.Məhərrəmov özünü öldürmək məqsədilə həmin tüfəngdən başının sifət nahiyyəsinə bir atəş açmış və aldığı xəsarətlərlə əlaqədar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir.

Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.