Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-22
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni təyinatlar olmuşdur

Baş Prokurorluq üzrə müvafiq əmrlərlə baş ədliyyə müşaviri Şirinov Ceyhun Böyükkişi oğlu ikinci səlahiyyət müddətinə Bakı şəhəri Sabunçu rayon prokuroru vəzifəsinə, ədliyyə müşaviri Pənahov Fəxrəddin Pənah oğlu Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə, ədliyyə mayoru Hüseynzadə Mehdi Tofiq oğlu isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən azad olunaraq Tərtər hərbi prokuroru vəzifəsinə təyin ediliblər.