Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-23
Yasamal rayonunda ailə münaqişəsi qətllə nəticələnmişdir

İyunun 23-də 2010-cu il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 16, mənzil 10-da yaşayan 1960-cı il təvəllüdlü Səfərov Rasim Səfər oğlunun naməlum şəxs tərəfindən baş nahiyyəsinə küt alətlə zərbə vurularaq qətlə yetirilməsi barədə Yasamal rayon Polis İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, iyunun 23-də saat 04 radələrində Sadıqova Xuraman Daşdəmir qızı yaşadığı mənzildə ailə münasibətləri zəminində əri R.Səfərovu, yatmış vəziyyətdə baş nahiyyəsinə dəmir lomla vurub kəllə sümüklərinin açıq qəlpəli sınıqları ilə nəticələnən xəsarətlər yetirərək onu qəsdən öldürmüşdür.

X.Sadıqova qeyd edilən cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmış və hazırda cinayət işi üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.