Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-23
Bərdə rayon sakini qardaşını ov tüfəngi ilə öldürmüşdür

Iyunun 22-də saat 21-50 radələrində Bərdə rayonu, Xanərəb kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Rizvan Allahverdi oğlu qardaşı, 1962-cı il təvəllüdlü Məmmədov Mehman Allahverdi oğlunu sonuncuya məxsus evin həyətyanı sahəsində torpaq münaqişəsi zəminində ov tüfəngi ilə vurmuşdur.

M.Məmmədov Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırılsa da aldığı xəsarətlərdən orada ölmüşdür. Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılan R.Məmmədov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.