Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-24
Mobil telefon dələduzları ifşa edilmişlər

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, bir qrup şəxs - Yadigarov Etibar Əvəz oğlu, Hüseynov Ceyhun Yusif oğlu, Hüseynov Elnur Yusif oğlu, Mehdiyev Elçin Kamal oğlu, Məmmədov Ramin Nizami oğlu, Quliyev Elxan Yusif oğlu və başqaları cari ilin yanvar-may aylarında vətəndaşlardan mobil rabitə operatorlarının kontur kartlarının şifrələrini əldə etmək məqsədilə müxtəlif nömrəli mobil telefonlardan onlara “Azercell” Birgə Müəssisəsinin adından abunəçinin balansının artmasını göstərən saxta SMS-lər göndərərək kütləvi şəkildə dələduzluq əməliyyatları həyata keçirməklə, aldatma yolu ilə vətəndaşların müxtəlif nominallı kontur kartlarının şifrələrini əldə etmiş, eyni zamanda həmin kontur kartlarının şifrələrini sonradan satış məqsədilə mobil telefonlar vasitəsi ilə konkret şəxslərə göndərmişlər.

Baş Prokurorluğa daxil olmuş həmin material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə ibtidai istintaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində davam etdirilir.