Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-25
Prokurorluq orqanlarının bəzi vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb edilmişlər

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun əmri ilə konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq hallarına yol verildiyinə görə Sumqayıt şəhər prokurorluğunun və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin bir sıra vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən həmin idarənin rəis müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda, istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin gücləndiriləməsi məqsədilə bütün tabe prokurorlara konkret tapşırıqlar verilmişdir.