Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-07
“Dəmirbank” ASC-nin külli miqdarda vəsaitini mənimsəmiş şəxslərin barəsində başlanan cinayət işinin istintaqı yekunlaşmışdır

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq olunan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda pul vəsaitini talama cinayətlərində təqsirləndirilən “Dəmirbank” ASC-nin “Gəncə-2” filialının müdiri vəzifəsində işləmiş Fərid Qurbanov, filialın xəzinədarı Zabil Həsənov və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynovun Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham edilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.