Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-08
Cinayəti törətmiş şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

İyulun 7-də saat 09-00 radələrində Ağdaş rayonunun Malay dəmir yolu stansiyası ilə rayonun Qəribli kəndini birləşdirən yolun kənarından keçən su kanalından üzərində zorakılıq əlamətləri olan 1959-cu il təvəllüdlü, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhər sakini Məmmədova Minbirgül İbiş qızının meyiti aşkar edilmişdir.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla hadisə yerinə və meyitə baxış keçirilmiş, meyitin daxili müayinəsi aparılmış, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayon prokurorluğu tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.