Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-10
Qəbələ rayonunda qətl hadisəsi törətmiş şəxs həbs edilmişdir

3 iyul 2010-cu il tarixdə Qəbələ rayonunun Tikanlı kənd sakini Hökmalı Yusifovun ov tüfəngi ilə dayısı Mürsəl Quliyevi və sonuncunun oğlu Şahmuradı qəsdən öldürmək məqsədilə yaşadıqları evin həyətində atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi və dayısının digər oğlu Nizamini tüfəngdən açdığı atəşlə qəsdən öldürməsi faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə cinayət işinin başlanması barədə Baş Prokuroluq tərəfindən ictimaiyyətə məlumat verilmişdir.

İstintaq zamanı toplanmış şahid ifadələri və digər sübutlarla qeyd edilən cinayətin H.Yusifov tərəfindən törədilməsi təsdiq edildiyindən onun barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyi üçün rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, tutulması və ittiham elan edilməsi üçün axtarışa verilmişdir.

Rayon prokurorluğu və rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində H.Yusifov iyulun 9-da Tikanlı kəndi ərazisində tutularaq istintaqa təqdim edilmişdir. Tutularkən o, cinayətin törədilməsində istifadə etdiyi ov tüfəngini və içərisində 7 ədəd patron olan patrondaşı könüllü təhvil vermişdir.

Təqsirləndirilən şəxs H.Yusifova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və o, dindirilərkən elan olunmuş ittihamlarla özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmişdir.

İş üzrə istintaq davam etdirilir.