Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-12
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubovun sədrliyi ilə əməliyyat müşavirəsi keçirilmişdir

Bu gün Baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi və Baş Prokurorluğun əlaqədar idarələrinin rəhbər heyətinin iştirakı ilə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin Ağstafa və Samux rayon prokurorluqlarında kompleks yoxlanılmasının nəticələrinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Qeyd edilən rayon prokurorluqlarının əməkdaşlarının və yoxlama komissiyasının üzvlərinin iştirakı ilə keçirilən müşavirədə komissiya sədrlərinin məruzələri, Ağstafa və Samux rayon prokurorlarının hesabatları əsasında həmin prokurorluqlar tərəfindən son 5 il ərzində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinin, habelə yoxlama zamanı aşkar edilmiş çatışmazlıqların hərtərəfli və prinsipial müzakirələri keçirilmiş, hər iki struktur qurumda işin səmərəliliyinin artırılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Aparılan müzakirələr zamanı əminlik ifadə olunmuşdur ki, Ağstafa və Samux rayon prokurorluqlarının kollektivi dövlət səviyyəsində və Baş Prokurorluğun rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaq, cinayətkarlığa qarşı mübarizəni yeni müstəviyə qaldırmaq üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.