Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-12
Xızı rayonunda qətl hadisəsi törədilmişdir

İyulun 10-da saat 23.40 radələrində rayonun Giləzi qəsəbə sakinləri 1986-cı il təvəllüdlü Hüseynov Feyzulla Nəsir oğlu və 1964-cü il təvəllüdlü Məmmədəliyev Saleh Məmmədəli oğlu sonuncunun yaşadığı evdə yeyib-içdikdən sonra aralarında yaranmış mübahisə zəminində dalaşmış və bu zaman Feyzulla Hüseynov mişar daşı ilə Saleh Məmmədovun baş nahiyəsindən vurmaqla onu qəsdən öldürərək hadisə yerindən qaçmışdır.

Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür.

Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən F.Hüseynov hadisədən bir neçə saat sonra tutularaq istintaqa təqdim edilmişdir.

F.Hüseynova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və o, təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.