Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-13
Bərdə rayonunda oğul atasını döyərək öldürmüşdür

İyulun 12-də saat 18.15 radələrində Bərdə rayon Polis Şöbəsindən Göyçay rayonunda məskunlaşmış, 1937-ci ildə Ağdam rayonunda anadan olmuş Əmralıyev Arif İdris oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin onun oğlu, Bərdə rayonunun Şirvanlı kənd sakini Ələsgər Səfərovun yaşadığı evin həyətində yerləşən kanalizasiya quyusunda aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İlkin araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə saat 13.00 radələrində Ə.Səfərov məişət zəminində aralarında baş vermiş münaqişə zamanı atası A.Əmralıyevi ağacla döyməklə öldürmüş və cinayətin izlərini itirmək məqsədilə meyiti kanalizasiya quyusuna atmışdır.

Cinayətin törədilməsində şübhəli bilinən Ə.Səfərov saxlanılmış və o, şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmişdir.

A.Əmralıyevin ölümünün səbələrinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və hazırda cinayət işi üzrə ibtidai istintaq rayon prokurorluğunda davam etdirilir