Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-16
Saatlı rayonunda xüsusi amansızlıqla qətl hadisəsi törədilmişdir

15 iyul 2010-cu il tarixdə saat 23.00 radələrində Saatlı şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Elman Əjdər oğlu ailə məişət zəminində aralarında baş vermiş münaqişə zamanı doğma qızı - 1990-cı il təvəllüdlü, İlahə Əliyevanı qəsdən öldürmək məqsədi ilə ona 11 bıçaq xəsarəti yetirmiş, sonuncu ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdır.

İyulun 16-da saat 00.15 radələrində rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə xəstəxanada meyitə baxış keçirilməklə xarici müayinəsi aparılmış, bundan sonra hadisə yerinə baxış keçirilmişdir.

Həmin gün saat 00.20 radələrində E.Əliyev Rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təslim olmuş və cinayətdə istifadə etdiyi bıçağı təhvil vermişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.