Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-19
Bərdə rayonunda qətl hadisəsi törədilmişdir
17 iyul 2010-cu il tarixdə saat 20.00 radələrində 1958-ci il təvəllüdlü, Alışanov Akif Möhübbət oğlu məskunlaşdığı Bərdə rayon Uşaq xəstəxanasının həyətində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qonşusu - 1959-cu il təvəllüdlü, Bayramov Rza Allahverdi oğlunun döş qəfəsi, kürək və qarın boşluğu nahiyələrindən üç bıçaq zərbəsi vurmuş, sonuncu ağır bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdır.

Həmin gün saat 20.20 radələrində A.Alışanov Rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təslim olmuş və cinayətdə istifadə etdiyi bıçağı polisə təqdim etmişdir.

Rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə xəstəxanada meyitə baxış keçirilməklə daxili və xarici müayinəsi aparılmış, bundan sonra hadisə yerinə baxış keçirilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Cinayəti törətməkdə şübhəli bilinən A.Alışanov saxlanılmış və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.