Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-26
Zaqatala rayon sakini sərxoş vəziyyətdə həmkəndlisini bıçaqla qətlə yetirmişdir

25 iyul 2010-cu il tarixdə saat 01.00 radələrində Zaqatala rayonunun Danaçı kənd sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Mehdi Abdulmütəllib oğlu həmkəndlisi Mehdiyev Əhməd Müslüm oğlu ilə yaşadıqları kənddə yerləşən kafedə yeyib içdikdən sonra sərxoş vəziyyətdə kəndin daxili yolu ilə piyada yaşadıqları evə gedərkən, aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı üzərində olan cib bıçağı ilə Əhməd Mehdiyevin ürək və ağ ciyər nahiyələrinə bir neçə bıçaq zərbələri vupmaqla sonuncunu qəsdən öldürmüşür.

Rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilməklə daxili müayinəsi aparılmış, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin alət olan bıçaq götürülmüşdür.

Faktla bağlı həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Cinayəti törətməkdə şübhəli bilinən M.Mehdiyev saxlanılmış və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.