Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-26
Gəncə şəhərində ər arvadını qətlə yetirmişdir

İyulun 25-də Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Cəfərova Aysel Fəxrəddin qızının, əri - 1985-ci il təvəllüdlü Cəfərov Ramil Əli oğlu tərəfindən Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında öldürülməsi barədə Gəncə şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə foto və video çəkilişlər aparılmaqla baxış keçirilmiş, meyitin xarici müayinəsi aparılmışdır.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı R.Cəfərov iyulun 25-də saat 16.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında arvadını qəsdən öldürmək məqsədi ilə sol əli ilə boğaraq həyatdan məhrum etmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, A.Cəfərovanın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur.

Cinayəti törətməkdə şübhəli bilinən R.Cəfərov həmin gün saxlanılmış və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir