Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-30
Azərbaycan Respublikası Baş Prokurorluğunun MÜRACİƏTİ

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 1918-1920-ci illlərdə Azərbaycanın Bakı quberniyası, Quba, Şamaxı qəzaları və digər bölgələrində erməni-daşnak silahlı dəstələri tərəfindən yerli dinc azərbaycanlıların işgəncələr verilməklə kütləvi surətdə qətlə yetirilməsi, əmlaklarının talan edilməsi, yandırılması, dağıdılması, əhali üzərində zorakılıqların törədilməsi və sair faktlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.

Hazırda həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, 1918-1920-ci illlərdə erməni-daşnak silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı soyqırımın həyata keçirilməsi istintaq materiallarında öz əksini tapır və bununla əlaqədar iş üzrə sübut əhəmiyyəti ola biləcək yazılı sənədlərin, kitabların, elmi araşdırmaların, qəzet və jurnal məqalələrinin, məktubların, habelə foto, video, kino-foto və sair materialların istintaqa təqdim edilməsi istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına köməklik göstərə bilər.

Vətəndaşlardan, habelə hüquqi və fiziki şəxslərdən 1918-1920-ci illlərdə Azərbaycanın ərazisində erməni millətçi silahlı dəstələri tərəfindən törədilmiş qeyd olunan cinayətlərə dair hər hansı məlumatı özündə əks etdirən materialların istintaqa təqdim olunmasını və ya ifadə vermələri üçün istintaq idarəsinə müraciət etmələri xahiş olunur.

İstintaq idarəsinin ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, 22. tel:440-90-12, 440-78-59