Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-31
Sabunçu rayonunda ər arvadını qətlə yetirmişdir

İyulun 30-da saat 23:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Qurban Osmanov yaşadıqları evdə ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı 1978-ci il təvəllüdlü arvadı Elmira Orucovanın bədəninin müxtəlif nahiyyələrinə mətbəx bıçağı ilə on zərbə vurmaqla qəsdən öldürmüşdür.

Sabunçu rayon Polis İdarəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Cinayətin törədilməsində şübhəli bilinən Q.Osmanov tutulmuş və o, dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmişdir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq rayon prokurorluğunda davam etdirilir.