Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-02
Mingəçevir şəhərində qısqanclıq zəminində qətl hadisəsi baş vermişdir

Avqustun 1-də saat 18:30 radələrində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Alıyev İlkin Aydın oğlu Mingəçevir şəhərində kirayənişin yaşadığı mənzildə qeyri-rəsmi nigahda olduğu 1988-ci il təvəllüdlü Smirnova Yelena Aleksandrovnanı qısqanclıq zəminində bıçaqla 8-10 dəfə qarın, boğaz və bədəninin müxtəlif nahiyyələrindən vuraraq qəsdən öldürmüşdür. Hadisədən təxminən yarım saat sonra İ.Alıyev şəhər Polis Şöbəsinə könüllü gedərək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təqsirini boynuna almışdır.

Şəhər Polis şöbəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə video və foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.