Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-10
Daşkəsən rayonunda məişət zəminində mübahisə ölümlə nəticələnmişdir

Avqustun 9-da saat 13:30 radələrində rayonun Zivlən kənd sakini, 1956-cı il təvəllüdlü Məmmədov Yaşar Əli oğlunun ölməsi ilə əlaqədar rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, meyitin xarici müayinəsi aparılmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, avqustun 8-də saat 21:00 radələrində mərhum Yaşar Məmmədovla, 1994-cü il təvəllüdlü oğlu Arzu arasında məişət zəminində mübahisə yaranmış və bu zaman sonuncu ailə üzvlərinin gözü qarşısında bellə atasının baş nahiyyəsinə iki zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Yaşar Məmmədov aldığı xəsarətlər nəticəsində avqustun 9-da saat 08:30 radələrində yaşadığı evdə ölmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanmış və iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur.

Cinayətin törədilməsində şübhəli bilinən Arzu Məmmədov avqustun 9-da tutulmuş və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.