Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-11
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubovun sədrliyi ilə əməliyyat müşavirəsi keçirilmişdir

Avqustun 11-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi və Baş Prokurorluğun əlaqədar idarələrinin rəhbər heyətinin iştirakı ilə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin Yardımlı rayon prokurorluğunda kompleks yoxlanılmasının nəticələrinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Qeyd edilən rayon prokurorluğunun əməkdaşlarının və yoxlama komissiyasının üzvlərinin iştirakı ilə keçirilən müşavirədə yoxlama komissiyası sədrinin məruzəsi, Yardımlı rayon prokurorunun hesabatı əsasında həmin prokurorluq tərəfindən son 5 il ərzində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinin, habelə yoxlama zamanı aşkar edilmiş çatışmazlıqların hərtərəfli və prinsipial müzakirələri keçirilmiş, həmin qurumda işin səmərəliliyinin artırılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Aparılan müzakirələr zamanı əminlik ifadə olunmuşdur ki, Yardımlı rayon prokurorluğunun kollektivi dövlət səviyyəsində və Baş Prokurorluğun rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaq, cinayətkarlığa qarşı mübarizəni yeni müstəviyə qaldırmaq üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.