Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-13
Məsciddə yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı KİV-lərdə dərc olunmuş məlumatlar Baş Prokurorluq tərəfindən araşdırılır

Son günlər bəzi kütləvi informasiya vasitələrində Göyçay şəhər məscidinin ruhanisi Əsgər Babayev tərəfindən işlədiyi məsciddə yetkinlik yaşına çatmayan qızla əxlaqsız hərəkətlərə yol verildiyi və bu hərəkətləri özündə əks etdirən video kadrların internet şəbəkəsi vasitəsi ilə yayımlanması barədə informasiyalar dərc olunmuşdur.
Baş Prokurorluğun rəhbərliyi tərəfindən həmin xüsusatların təcili araşdırılması və nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi barədə konkret göstərişlər verilmişdir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəkdir.