Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-17
Səbail rayonunda törədilmiş qətlin üstü açılmışdır

Avqustun 12-də saat 17:00 radələrində Bakı şəhəri, Səbil rayonu, Neftçilər prospekti 59 saylı ünvanda Səbail rayon Hərbi Komissarlığının keçmiş inzibati binasının ikinci mərtəbəsində qarın nahiyyəsində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarəti olan təxminən 45-50 yaşlarında kişi meyitinin aşkar edilməsi ilə əlaqədar rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bir ədəd mətbəx bıçağı götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

İlkin araşdırmalarla mərhumun 1961-ci il təvəllüdlü, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Məcidov Maksim Həmidoviç olması müəyyənləşdirilmişdir.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1962-ci il təvəllüdlü, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Şıxəliyev Xanlar Şükür oğlu avqustun 16-da saat 17:00 radələrində Xaçmaz rayonu ərazisində tutularaq istintaqa cəlb olunmuşdur.

X.Şıxəliyev şübhəli şəxs qismində dindirilərkən hadisəni şəxsi münasibətlər zəminində aralarında baş vermiş mabahisə zamanı törətdiyini etiraf etmişdir. Belə ki, onlar avqustun 10-da saat 23:00 radələrində qeyd edilən ünvanda spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı X.Şıxəliyev üstündə gəzdirdiyi mətbəx bıçağı ilə M.Məcidovun qarın nahiyyəsinə bir zərbə vurmaqla bıçağı hadisə yerinə ataraq həmin ünvandan uzaqlaşmışdır.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.