Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-18
Həmyerlisi tərəfindən qətlə yetirilənin meyiti su kanalından tapılmışdır

Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 1986-cı il təvəllüdlü Quliyev Həmidağa Hatəm oğlunun itkin düşməsi ilə əlaqədar avqustun 17-də Maştağa qəsəbə sakini, 1976-cı il təvəllüdlü Babayev Rəsul Hüseynqulu oğlu Sabunçu rayon Polis İdarəsinə dəvət edilərkən o, 3 avqust 2010-cu il tarixdə həmyerlisi Quliyev Həmidağa Hatəm oğlunu şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla vurub öldürməsini və meyiti Samur-Abşeron su kanalının Maştağa qəsəbəsi yaxınlığından keçən hissəsinə atmasını bildirmişdir.

Rayon Polis İdarəsindən daxil olmuş həmin məlumat əsasında dərhal R.Babayevin yaşadığı evin həyətinə baxış keçirilmiş, həyətdə olan kanalizasiya quyusundan üzərlərində qanabənzər ləkələr olan şalvar, köynək və bıçaq aşkar edilərək götürülmüşdür. Həmin faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, mərum H.Quliyev fərdi ticarətlə məşğul olan R.Babayevdən qanunsuz olaraq dəfələrlə pul tələb edərək almış və bu hallar mütəmadi xarakter daşımışdır. Növbəti dəfə, avqustun 3-də H.Quliyevin tələbinə görə R.Babayev pul vermək adı ilə saat 23:00 radələrində yaşadığı evə dəvət etmiş və üstündə gəzdirdiyi bıçaqla onun ürək və qarın nahiyyələrinə iki zərbə vuraraq qəsdən öldürmüşdür. Bundan sonra R.Babayev meyiti atasına məxsus “QAZ 310290” markalı avtomaşınla Samur-Abşeron su kanalının Maştağa qəsəbəsi yaxınlığından keçən hissəsinə atmış və evinə qayıdaraq əynində qana bulaşmış köynəyini, şalvarını torbaya doldurmaqla həmin torbanı, həmçinin cinayətin aləti olan bıçağı həyətində olan kanalizasiya quyusuna atmışdır.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində H.Quliyevin meyiti Samur-Abşeron kanalının Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində aşkar edilmişdir. Meyit daxili və xarici müayinə edilməsi üçün Sabunçu rayon ekspertiza şöbəsinə göndərilmişdir.

R.Babayev 18 avqust 2010-cu il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.