Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-03-10
Azərbaycan Respublikasının Baş Prokurorluğu təkzib edir

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində dövlət orqanlarına məxsus “İnfiniti” markalı avtomobilin sürücüsü tərəfindən yol-nəqliyyat hadisəsi törətməsi barədə informasiyalar dərc edilmişdir.

Həmin məlumat həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, martın 1-də saat 05.30 radələrində Səbail rayonu ərazisində paytaxt sakini Süleyman Rizvanova məxsus “İnfiniti” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış  “Toyota Camry”  və digər nəqliyyat vasitələrinə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamış, avtomobillərə dəyən ziyanın müəyyən edilməsi, eləcə də hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin DYP şöbəsində araşdırmalar davam etdirilir.