Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-09-15
Xəzər rayonunda qətl hadisəsi baş vermişdir

15 sentyabr 2010-cu il tarixdə saat 03:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Əliyev Qərib Qəhrəman oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsəbə sakini 1987-ci il təvəllüdlü Daşdəmirov Müşfiq Nüsrət oğlunu bıçaqla vuraraq qəsdən öldürmüşdür.

Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Xəzər rayon şöbəsinə göndərilmişdir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə saat 03:00 radələrində Qərib Əliyev yaşadığı evin yaxınlığında küçədə əvvəllər tanıdığı qəsəbə sakini Müşfiq Daşdəmirovla təsadüfən rastlaşmış və söhbət edərkən aralarında mübahisə yaranmışdır. Bu zaman sonuncu tərəfindən ünvanına nalayiq ifadələr işlədildiyinə görə Qərib Əliyev qaçaraq yaşadığı evdən gətirdiyi bıçaqla onun döş nahiyəsinə bir zərbə vurmaqla qəsdən həyatdan məhrum etmişdir.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qərib Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilmişdir. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.