Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-10-14
Litva Respublikasının nümayəndə heyəti Baş Prokurorluqda qəbul edilmişdir

     13 oktyabr 2010-cu il tarixdə Litva Respublikasının "Lexnet" (İnfolex) Səhmdar Cəmiyyətinin direktoru və "İnfobalt" assosiyasiyasının vitse-prezidenti Tauras Pestininkasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Baş Prokurorluqda informasiya texnologiyalarının tətbiqi məsələlərinə həsr olunmuş tədbirdə iştirak etmişdir. 
     Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, prokurorluq orqanlarında yeniləşmə prosesi və köklü islahatların aparılması, eyni zamanda"Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair  2009-2011-ci illər üçün Dövlət Proqramı"nın tələblərinə müvafiq olaraq mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində görülmüş işlər, 2010-cu ilin prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi ili elan edilməsi, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir. 
     Tauras Pestininkas görüşdə müasir dövrdə informasiya texnologiyalarının dinamik inkişafı ilə kommunikasiya şəbəkələrində müasir xidmətlər sistemi modellərinin işlənməsi və tətbiqinin vacibliyini vurğulamış,  "Lexnet" cəmiyyəti tərəfindən hazırlanmaqla Litva Respublikasının məhkəmə və prokurorluq orqanlarında tətbiq edilən proqramlar barədə ətraflı məlumat verməklə əldə olunan nailiyyətlərdən və mütərəqqi iş təcrübəsindən söhbət açmışdır.
    Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və digər prokurorluq əməkdaşlarının iştirak etdiyi görüşdə prokurorluq orqanlarının səmərəli münasibətlərinin davamı kimi Azərbaycan və Litva prokurorluqları arasında ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsinin və daha da inkişaf etdirilməsinin, informasiya texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin mübadiləsinin zəruriliyi xüsusi qeyd edilmiş, həmçinin tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.